LİDERLƏR ZİRVƏSİ: Türkiyədən Rusiya və Ukraynaya yeni TƏKLİF

Təhlil

14.08.2025 15:54

"Türkiyənin Rusiya və Ukrayna münaqişəsinin dayandırılması və tənzimlənməsindəki rolu böyükdür. Bunun üçün dəfələrlə ev sahibliyi edib, hətta bu baxımdan yeganə ölkə olub".

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Rusiya tərəfinin bu danışıqları vaxt uzatmaq üçün istifadə etdiyini bildirib:

"Hazırkı situasiyada Türkiyənin yenidən öz vasitəçiliyini təqdim etməsi heç yerinə düşməz. Rusiya oynadığı oyunların cavabını almalıdır. Başa düşməlidir ki, hər kəs onun nə etmək istədiyini anlayır. Əslində, Rusiyanın heç kimi öz oyunlarına alət etməməsi baxımından görüş üçün ən münasib məkan Alyaskadır".

Siyasətçi hesab edir ki, Ukraynaya dəstək baxımından, Türkiyə öz vasitəçilini yenə də irəli sürə bilər. Rusiyanın bunu istəmə ehtimalı isə azdır.

"Belə bir görüşün baş tutacağına heç bir halda ehtimal vermirəm", - deyə A.Qasımov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb. Ərdoğan bildirib ki, Türkiyə Ukrayna üzrə liderlər zirvəsinə ev sahibliyi etməyə hazırdır. 

Qiymət Mahir

tag: Türkiyə,Rusiya ,Ukrayna ,Liderlər zirvəsi,Todaypress.tv,

photo