Karapetyanın həbsi və “xaç yürüşü”: Nikolun PLANI NƏDİR?

Təhlil

21.06.2025 16:04

“Erməni cəmiyyətindəki müxtəlif radikalların yazdığına görə Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra Paşinyan Ermənistanın qatı millətçi Daşnaksütyun partiyasına “xaç yürüşü” elan edib. Əslində bu, gözlənilən idi”. 

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Ekspert bildirib ki, hazırda Paşinyanın düşmən olduğu qüvvələr arasında radikallar da var:

“Daşnaksütyun partiyasının ideologiyası Paşinyanın savaşdığı kilsədən gəlir. Biznesmen Samvel Karapetyan onların arxasındakı güclərdən biridir. Ona görə Paşinyan bu savaşı kompleks şəkildə genişləndirməkdədir. Paşinyanın 2026-cı ildəki parlament seçkilərinə qədər prosesi bitirmək və rəqabət sistemində olan erməniləri çökdürmək planı var”.

Qeyd edək ki, Ermənistanın qatı millətçi Daşnaksütyun partiyasının üzvlərinin həbsi başlayıb.

Qiymət Mahir

tag: Əziz Əlibəyli,Politoloq,Ermənistan,Paşinyan,todaypress.tv,

photo