İranın hava müdafiəsini gücləndirir: HQ-9 və HQ-16 Tehrana necə kömək edəcək?

Təhlil

09.07.2025 17:52

“İran öz gücü ilə bağlı nə qədər bəyanatlar versə, təhdidlər səsləndirsə də, İsraillə arasında 12 gün davam edən müharibədəki faktiki nəticələr bunun əksini ortaya qoydu”. 

Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Analitik bu savaşın İranın hava hücumundan müdafiə sistemlərinin zəifliyini açıq şəkildə üzə çıxardığını bildirib:

“İsrail münaqişənin ilk günündən İranın hava məkanında üstünlük əldə etdi və onun ərazilərini sərbəst şəkildə bombaladı. Hazırda İran bu çatışmazlıqları aradan qaldırmaq məqsədilə Çindən hava hücumundan müdafiə sistemləri tədarük etməyə çalışır. Vaxtilə Rusiya ilə aparılan danışıqlar nəticəsiz qaldığı və Moskvanın təklifləri Tehran tərəfindən qəbul edilmədiyi üçün bu zəifliklərin acı nəticələri indiki müharibədə özünü göstərdi. İran hazırda hava hücumundan müdafiə sistemlərini modernləşdirmək və ölkənin hava məkanını bağlamaq niyyətindədir. Şübhəsiz ki, ABŞ və İsrail də bu prosesi yaxından izləyir və gələcək addımlarını məhz bu amilləri nəzərə alaraq planlaşdıracaqlar”.

Qeyd edək ki, "Middle East Eye" nəşrinin yazdığına görə, İran müharibədən dərhal sonra Çindən HQ-9 və HQ-16 hava hücumundan müdafiə sistemləri əldə edib.

Qiymət Mahir

tag: Oqtay Qasımov,Politoloq,İran,Raket,Todaypress.tv,

photo