Vətən müharibəsi şəhidi Arif Qeybiyevin ailəsi ziyarət edildi
Sosial
10.10.2025 17:41
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, tankçı şəhidimiz Arif Qeybiyevin Astara rayonunda yaşayan ailəsini ziyarət edib. Şəhidimizin yadigarı olan qızı Gülnur ilə görüşüb.
TodayPress TV xəbər verir ki, Arif Qeybiyev Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamları ilə o, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən və döyüş yolundan danışılıb. Digər şəhidlərimiz kimi Arif Qeybiyevin də əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunub, ailə üzvlərinə sosial ödənişlər təyin edilib. Ailənin bundan sonra da daim qayğı ilə əhatə olunacağı qeyd olunub.
tag: Arif Qeybiyev,Ailə,Ziyarət,Görüş,Todaypress.tv,
