Günərzi Qayğı Mərkəzinin benefisiarları üçün master-klas təşkil edildi

Sosial

18.09.2025 13:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Sabirabad rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib. 

TodayPress TV xəbər verir ki, Agentliyinin Mil-Muğan regional filialı tərəfindən təşkil edilən tədbir 18 sentyabr-Milli Musiqi Gününə həsr edilib. Səfər çərçivəsində uşaqlar Sabirabad rayon Üzeyir Hacıbəyli adına Musiqi Məktəbi ilə tanış olmaq imkanı əldə ediblər. 

Ekskursiya zamanı uşaqlara musiqi məktəbinin fəaliyyəti və Milli Musiqi Günü barədə məlumatlar verilib. 

Sonra iştirakçılar üçün məktəbin musiqi müəllimləri tərəfindən ustad dərsləri keçirilib. Azyaşlılar müxtəlif musiqi alətlərində özlərini sınayaraq ilkin bacarıqlara yiyələniblər.

TodayPress TV

tag: Günərzi,Mərkəz,Benefisiar,Təlim,Todaypress.tv,