Rəşad Dağlının niyə əfv olunmadığı AÇIQLANDI
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Əfv Sərəncamı 200-dan çox şəxsə şamil olunub.
TodayPress TV xəbər verir ki, bəzi tanınmış şəxslərin adlarının əfv siyahısında olması gözlənsə də, bu, baş vermədi.
Belə ki, bir çoxları meyxanaçı Rəşad Dağlının da azad olunacağını gözləyirdi. Bəs görəsən, onun azad olunmamasına səbəb nədir?
Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bu barədə TodayPress TV-yə açıqlama verib.
Onun sözlərinə görə, əfv məsələsinə məhkumların özləri, yaxınları, eyni zamanda Ombudsmanın müraciətləri əsasında baxılıb:
“Əfvin öz qaydaları var. Məhkuma çıxarılmış hökmün yarı hissəsini keçəndən sonra, bəzi yüngül maddələrdə isə hökmün üçdə birini keçəndən sonra əfvə müraciət etmək hüququ yaranır. Hələ yəqin ki, Rəşad Dağlının hökmünün yarı hissəsi keçəndən sonra onun Əfv Komissiyasına müraciət hüququ yaranacaq”, - deyə o, diqqətə çatdırıb.
Töhfə Səməd
tag: Rəşad Məcid,Komissiya,Rəşad Dağlı,Əfv,Todaypress.tv,
