İstanbula uçan təyyarə Bakıda fövqəladə eniş etdi

Cəmiyyət

28.09.2025 10:42

"Turkish Airlines" aviaşirkətinə məxsus, Aşqabad–İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 tipli təyyarənin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan qəfil problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

TodayPress TV xəbər verir ki, Aeroportdan  verilən məlumata görə, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz eniş edib. 

Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq təhlükəsizlik normalarına və operativ reaksiya standartlarına uyğun fəaliyyətini davam etdirərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı dəstək təmin edir.

TodayPress TV

tag: Təyyarə,Məcburi eniş,İstanbul,Türkish Airlies,TodayPressTV,