Pandemiya beyin qocalmasını sürətləndirib - ARAŞDIRMA
Sosial
28.07.2025 19:30
Böyük Britaniyanın Nottingem Universitetindən olan alimlər pandemiyanın insan beyninə təsirini araşdıraraq maraqlı nəticələr əldə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
15 mindən çox yetkin şəxsin beyninin görüntüləri əsasında tərtib edilmiş süni intellekt modeli pandemiyanın beyin yaşlanmasına necə təsir etdiyini ortaya çıxarıb.
Araşdırmaya əsasən, pandemiya dövründə insan beyninin yaşlanma sürəti orta hesabla 5,5 ay irəliləyib.
Bu, hətta "COVID-19"a yoluxmayan şəxslərdə belə müşahidə olunub. Tədqiqatı aparan nevroloq bildirib ki, izolyasiya, qeyri-müəyyənlik və stress beyin sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərib.
Tədqiqat zamanı kişilərdə beyin maddəsinin daha çox dəyişdiyi müəyyən olunub. Eləcə də yaşlılarda və sosial-iqtisadi baxımdan dezavantajlı qruplarda beyin yaşlanmasının daha da sürətləndiyi bildirilib.
Aysel Mətləb
tag: Covid-19,Araşdırma,Pandemiya,Todaypress.tv,