İçərişəhərlə bağlı yeni məhdudiyyət tətbiq edildi
Sosial
02.06.2025 17:38
İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklər tətbiqinə başlanılıb.
TodayPress TV xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, yeni tənzimləməyə əsasən, Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.
"Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN.
Ödənişlər yalnız nağdsiz qaydada ("Azparking", post terminal və s.) mümkündür", - məlumatda bildirilib.
Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyadayönümlü məkan yaratmağa xidmət edir.
"Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik", - məlumatda qeyd edilib.
tag: İçərişəhər,Sürücü,Qərar,Məhdudiyyət,Todaypress.tv,
 
        
 
                                ![Şuşada [[qurban kəsilərək]] sakinlərə paylanıldı](/uploads/news/68429ec300482.webp) 
                                            ![Türkiyə ilə gələcək [[əməkdaşlıq müzakirə olundu]]](/uploads/news/6835986b91bbe.webp) 
                                            ![Naxçıvanın [[təhsil nazirinin müavini]] vəzifəsindən azad edildi](/uploads/news/6892fe72d73a9.webp) 
                                            ![BP Azərbaycanın [[mədəni irs layihəsinə]] dəstək verdi](/uploads/news/686faf82a48a7.webp) 
                                            ![[[Əli Nağıyev və Orxan Sultanov]] Zəfər parkını ziyarət etdilər](/uploads/news/68d7cc3d3912d.webp) 
                                            ![[["Milli Qurtuluşdan-Şanlı Zəfərə Doğru"]] adlı tədbir keçirilsi](/uploads/news/68498d0cde8b4.webp) 
                                            ![Nazirlər Kabineti sürücülər üçün [[Tədris Proqramını]] təsdiqlədi](/uploads/news/6883469c2de2e.webp) 
                                            ![Ziya Bünyadov prospektinin [[Böyükşor-Pirşağı yolu ilə kəsişməsində]] yol hərəkətinin təşkili dəyişdi](/uploads/news/687797519c466.webp) 
                                            ![Xaçmazda yeniyetməyə anasını öldürməyi  "ChatGPT"  tapşırıb? [[– DƏHŞƏTLİ DETALLAR]]](/uploads/news/6867cf19dcc12.webp) 
                                            ![[[Küləkli hava şəraiti ilə bağlı]] gəmilərə xəbərdarlıq edildi](/uploads/news/68cd2d899b5d3.webp) 
                                            