Dişlərin çürüməsinə səbəb nədir?
Sosial
02.06.2025 11:50
Diş sağlamlığına diqqətlə yanaşan insanlar belə çürük problemi ilə qarşılaşa bilərlər.
TodayPress TV xəbər verir ki, hormonal dəyişikliklər, xüsusilə hamiləlik, cinsi yetkinlik və menopoz dövrlərində tüpürcəyin tərkibinə təsir edərək diş minasını daha həssas hala gətirə bilər.
Eyni zamanda metabolik pozğunluqlar, vitamin, mikroelement çatışmazlığı, endokrin xəstəliklər də mina möhkəmliyini zəiflədir və mineralların orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir.
Diş çürüməsi yalnız estetik və funksional deyil, həm də ortopedik problemlərə səbəb ola bilər. Onun sözlərinə görə, onurğa əyrilikləri və malokluziya (dişlərin düzgün bağlanmaması) dişlərə qeyri-bərabər yük salaraq mina aşınmasına və həssaslığın artmasına gətirib çıxarır.
Tüpürcək turşuları neytrallaşdırır, mineralları bərpa edir və bakteriyaları təmizləyir. Amma xroniki stress, bəzi dərmanlar və ya bədənin susuz qalması tüpürcək istehsalını azalda bilər, bu isə çürük riskini artırır.
Mütəxəssislərə görə, ofis şəraitində işləyənlər də risk altındadır. Belə ki, daimi quru hava, kondisioner və kofein qəbulu tüpürcəyin qoruyucu funksiyalarını zəiflədir və bu, diş sağlamlığını mənfi təsirə məruz qoyur.
Türkan İsgəndərli
tag: Diş,Çürük,Ağız,Stomatoloq,todaypress.tv,
 
        
 
                                ![Hava çirkliliyi [[beyin qanaması]] riskini artıra bilər](/uploads/news/688c55b9dc5de.webp) 
                                            ![[[Alimlər:]] Lifli qidalar sağlam qocalmanı dəstəkləyir](/uploads/news/6829d3e79c7ea.webp) 
                                            ![Kofe qaraciyəri piylənmədən [[qoruya bilər]]](/uploads/news/6853b57dad8c3.webp) 
                                            ![[[Həbsdə olmaq]] sağlamlığa təsir edir](/uploads/news/68e64f5876115.webp) 
                                            ![Qobustan RMX tərəfindən göstərilən [[tibbi xidmətlər]] açıqlandı](/uploads/news/6854feb7510f1.webp) 
                                            ![Aşura günü ümumilikdə 2700-ə yaxın şəxs könüllü qan verdi [[- YENİLƏNDİ 2]]](/uploads/news/6868d4d9c02eb.webp) 
                                            ![Finlandiyada [[korluğun müalicəsi]] üçün yeni üsul hazırlandı](/uploads/news/684adae5354f5.webp) 
                                            ![[[Maqnit qasırğalarının təsirindən]] necə qorunmaq olar?](/uploads/news/6830188b9c905.webp) 
                                            ![Günəş kremindən necə istifadə etməliyik? [[– Kosmetoloq MƏSLƏHƏTİ]]](/uploads/news/687500730c038.webp) 
                                            ![Bakıda tüstüdən zəhərlənənlərin [[VƏZİYYƏTİ AÇIQLANDI]]](/uploads/news/68d3b1f2e7b88.webp) 
                                            