Bir vaxtlar hamının etdiyi, indi isə unudulan vərdişlər

Bir vaxtlar hamının etdiyi, indi isə unudulan vərdişlər
12.10.2026 11:57 Sosial

Vaxt sürətlə keçir, həyat şəraiti və texnologiyalar dəyişir. Amma elə sadə, səmimi adətlər və vərdişlər var ki, illər keçsə də, yaddaşlardan silinmir. Bir vaxtlar hər yerin özünəməxsus yazılmamış qanunları, birgə yaşayışın doğurduğu unudulmaz adətləri vardı.

Həmin o unudulmuş vərdişlər:

1. Bir nəfərin saatı ilə hamının saatını düzəltmək


Kənddə ya məhəllədə bir nəfərin saatı "dəqiq" sayılırdı. Adətən müəllim, stansiya rəisi ya ağsaqqal. Hər səhər ondan soruşurdular "saat neçədir?" hamı ona görə qol saatını qururdu.

2. Qonşudan köz / kibrit istəmək


Qaz yox idi, alışqan yox. Səhər tezdən qonşunun qapısını döyüb "bir az köz ver" deyirdilər. Təndiri, samovarı o közlə yandırırdılar.

3. Axşamüstü qapı ağzında toplaşmaq

Nə televizor vardı, nə də internet. Axşam düşəndə qadınlar bir həyətə yığışar, kişilər isə çayxanada toplaşardılar. Kimi nağıl danışar, kimi də günün xəbərlərini bölüşərdi.

4. Poçtalyonu gözləmək


Məktublar bəzən həftələrlə yolda qalırdı. Poçtalyon kəndə gələndə hamı səbirsizliklə ondan xəbər gözləyirdi: görəsən, mənə məktub varmı? Ən dəyərli məktublar isə əsgər məktubları idi.

5. Bircə radioya bütün məhəllə qulaq asırdı


Bir evdə radio vardısa, onun səsini bir az da artırardılar ki, qonşular da pəncərədən qulaq asa bilsinlər. Xəbərlər, muğam, futbol oyunları — hamı eyni radiodan dinləyərdi.

6. Su növbəsi


Arxdan su gələr, hər həyətə müəyyən saatlarda su verilərdi. Gecə saat ikidə su növbəsi sənin idisə, durub bağı sulamalıydın. Saatı dəqiqləşdirmək üçün isə yenə həmin adamdan soruşardılar.

7. Təndir növbəsi


Hər evdə təndir yox idi. Üç-dörd ailə bir təndirdən istifadə edərdi. Həmin gün kimin çörək bişirəcəyi əvvəlcədən bilinərdi. Hamı bir-birinə kömək edərdi: biri xəmir yoğurar, digəri yuxa yayardı.

8. Toyda bir lampanın işığı


Toylarda elektrik işığı olmurdu. Ortalığa bir lampa qoyar, bütün toyu onun işığında keçirərdilər. İşıq sönəndə isə toy yarımçıq dayanardı.

9. Qonşuya "göz aydına" getmək


Kimsə bazardan böyük bir şey, məsələn, xalça, samovar və ya televizor alanda qonşular onu görməyə gedərdilər. Əliboş getməz, özləri ilə bir nəlbəki qənd də aparardılar.

10. Uşağa saat soruşdurmaq

Böyüklər bəzən bir-birindən saatı birbaşa soruşmağa çəkinərdilər. Ona görə də balaca uşağı göndərərdilər: "Get, o dayıdan soruş gör, saat neçədir". Uşaq da qaçıb gedər, qayıdanda hamıya saatı xəbər verərdi.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər