Azərbaycan və Kamboca işçi qrupu yaratdı
Azərbaycan və Kamboca işçi qrupu yaradıb.
TodayPress TV əbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Kamboca baş naziri Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən deyib.
Prezident qeyd edib ki, Azərbaycan və Kamboca yaxşı tərəfdaşlardır.
“Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. İkitərəfli münasibətlərə gəldikdə, biz həmçinin əlaqələri intensivləşdirmək barədə razılığa gəldik. Bizdə çox yaxşı siyasi münasibətlər formalaşıb və biz BMT, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində fəal qarşılıqlı əməkdaşlıq edirik”, – dövlət başçısı bildirib.
Onun sözlərinə görə, tərəflər həmçinin ticarətin genişləndirilməsi və investisiyaların cəlb edilməsi imkanlarını müzakirə ediblər.
“Şübhəsiz, biz ticarət və investisiyaların inkişafı üçün nə edilə biləcəyini müəyyən etməliyik. Biz bu imkanları ətraflı müzakirə etdik və ticarət-iqtisadi və investisiya əməkdaşlığının praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupunun yaradılması barədə razılığa gəldik”, – İlham Əliyev qeyd edib.