Bakı İqlim Fəaliyyəti Həftəsi başladı
Sosial
29.09.2025 09:19
Bu gün Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü keçirilir.
TodayPress TV xəbər verir ki, Azərbaycanın COP29-a ev sahibliyi etdiyi ərəfədə keçirilmiş birinci Bakı İqlim Fəaliyyəti Həftəsinin uğura imza atmasından sonra paytaxt Bakı şəhəri 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-nə kimi BİFH2025-in ikinci toplantısına da ev sahibliyi edəcək.
Qeyd edək ki, dünyanın müxtəlif yerlərində təşkil olunan iqlim fəaliyyəti həftələri beynəlxalq iqlim diplomatiyasına yeni nəfəs verməklə yanaşı, iqlim fəaliyyətinin həm yerli, həm də regional müstəvidə həyata keçirilməsinə diqqəti yetirilməsini zəruri etmişdir. İqlim fəaliyyəti həftələri həm Asiya, Latın Amerikası və Afrika ölkələrində, həm də Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Regional İqlim Həftələrini tamamlayır və UNFCCC-nin Tərəflər Konfransı (COP) ərəfəsində ambisiyaların artırılması, eləcə də iqlim fəaliyyətinin sürətləndirilməsi istiqamətində aparılan rəsmi diplomatik səylərə töhfə verir.
tag: Bakı,İqlim,BİFH2025,UNFCCC,Todaypress.tv,
 
        
 
                                ![Gəncədə [[qurumuş və qəzalı ağacların]] inventarlaşdırılmasına başlanıldı](/uploads/news/689ed50b05c0a.webp) 
                                            ![Bakıda [[“Avropa Mobillik Həftəsi”]] keçiriləcək](/uploads/news/68ada36f33563.webp) 
                                            ![[[Gəncədə]] yol hərəkətinin təşkilində dəyişiklik olundu](/uploads/news/68a3388aae760.webp) 
                                            ![Bayram günlərində [[avtovağzallardan daşınan]] sərnişinlərin sayı açıqlandıə](/uploads/news/6847f671c4604.webp) 
                                             
                                            ![135 ünvanda [[qurbanlıq heyvanların satışı və kəsimi]] xidmətləri göstərilir](/uploads/news/684290c6025f6.webp) 
                                            ![Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarının nümayiş olunduğu [[sərgi keçirildi]]](/uploads/news/69032c3bab7e1.webp) 
                                            ![[[“Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”]] UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi](/uploads/news/687501b9765f5.webp) 
                                            ![Pakistan Milli Assambleyasının [[sədri]] "ASAN xidmət"də oldu](/uploads/news/686d0eacc88de.webp) 
                                            ![Magistral xəttin üzərində tikilən evlər [[su təchizatına ciddi problem]] yaradır](/uploads/news/687f570f7b4b4.webp) 
                                            