Ekspert: “Bölgələrdə narkomanların sayı azalıb”
“Yutuber Nail Kəmərlinin anti-narkotik məsələsində töhfələri çoxdur. Onun bu gün 50 manata narkoman axtarması da bunun göstəricisidir”.
Narkomaniya üzrə ekspert Emil Maqalov bu fikirləri TodayPress TV-yə verdiyi açıqlamada səsləndirib.
Ekspertin sözlərinə görə, bu cür fərdi təşəbbüslər narkomaniya ilə mübarizədə cəmiyyətin diqqətini çəkməklə yanaşı, real nəticələrə də töhfə verir.
“Hazırda bir çox bölgələrdə narkomanların sayı azalıb. Onların əksəriyyəti artıq müalicə alır və reabilitasiya müəssisələrinə yönləndirilir. Əsas məsələ isə narkotacirlərin və ticarətlə məşğul olan “bariqa”ların azalmasıdır. Bu isə ilk növbədə hüquq-mühafizə orqanlarının, xüsusilə polis və Dövlət Sərhəd Xidmətinin gərgin və ardıcıl əməyinin nəticəsidir", – deyə Emil Maqalov yekunlaşdırıb.
Qeyd edək ki, tanınmış bloger, narkotik istifadəçilərin həyatını ictimaiyyətə çatdıran Nail Kəmərli sosial şəbəkə hesabında narkotik asılılığı və onun həyata təsiri mövzusunda maarifləndirici video çəkmək üçün narkoman axtardığını açıqlayıb.
Paylaşımda bildirilib ki, çəkilişdən sonra həmin şəxsə 50 manat qonorar və hədiyyə veriləcək.
Türkan İsgəndərli
tag: Emil Maqalov,Ekspert,Narkoman,Yutuber,Todaypress.tv,
