Yaşar Gülərdən Bakıda mühüm mesaj: Müharibəyə hazır olmalıyıq
"Sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq".
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənd rayonunda keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan birgə “Birliyin Gücü-2026” hərbi təlimində bildirib.
Yaşar Gülər qeyd edib ki, gələcəkdə Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha genişmiqyaslı hərbi təlimlərin keçirilməsi planlaşdırıla bilər.
Hazırda “Birliyin Gücü-2026” təlimində Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi qulluqçuları iştirak edir. Qırğızıstan və digər bir sıra ölkələr isə təlimdə müşahidəçi qismində təmsil olunur.
Yaşar Gülər
Xocavənd
Azərbaycan-Türkiyə-Özbəkistan birgə “Birliyin Gücü-2026” hərbi təlimi
Sülh
Müharibə
Todaypress.tv
Jalə Rövşən