Niderland İraqdan çıxdı, 12 illik missiya başa çatdı

Niderland İraqdan çıxdı, 12 illik missiya başa çatdı
01.10.2026 18:11 Dünya

Niderland İraqda İŞİD terror qruplaşmasına qarşı keçirilən "Inherent Resolve" (Sarsılmaz qətiyyət) beynəlxalq əməliyyatında iştirakını başa çatdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat verib.

"İraqda "Inherent Resolve" əməliyyatı başa çatdı. 6,3 mindən çox niderlandlı hərbi qulluqçu son 12 il ərzində beynəlxalq tərəfdaşlarla birlikdə, əksər hallarda mürəkkəb şəraitdə İŞİD terrorçularının İraqdan sıxışdırılıb çıxarılmasında iştirak etdi", - deyə o bildirib.

Qeyd olunub ki, ölkə əməliyyata 2014-cü ilin oktyabrında qoşulub. ABŞ-nin rəhbərliyi altında İraqda həyata keçirilən antiterror əməliyyatı dayandırılıb, lakin missiya Suriyada fəaliyyətini davam etdirir. Niderland, həmçinin İraq təhlükəsizlik qüvvələrinin hazırlanması və məsləhətləndirilməsi üzrə NATO-nun ayrı-ayrı missiyasında iştirak edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər