“Rusiya bu erməniləri yenidən mobilizə edir” - SENSASİON AÇIQLAMA
Siyasət
02.06.2025 15:12
“Rusiyanın planlarını həyata keçirməsi Qarabağdan könüllü gedən ermənilərsiz mümkün deyil”.
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə danışarkən deyib.
O bildirib ki, Rusiyanın Qarabağda maraqlarının olduğu dəfələrlə ən yüksək səviyyədə bəyan edilib:
“Rusiya Prezidenti Vladimir Putin belə Qarabağın itirilməsini Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərini tanıması ilə əlaqələndirib. Demək istəyib ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, indi vəziyyət başqa cür ola bilərdi. Bu baxımdan da Qarabağdan könüllü gedən erməniləri bəsləməklə gələcəkdə qurban vermək üçün hazırlayır. Onlarsız Rusiyanın gələcək planlarını həyata keçirmək mümkünsüzdür. Odur ki, Rusiya bu erməniləri yenidən mobilizə edir. QHT təşkilatları məhz buna görə oyuna salınır ki, onlar siyasi olaraq yenidən motivasiya edilsin”.
Ekspertə görə, Rusiyanın humanitar təşkilatlar vasitəsi ilə kəşfiyyat işi apardığı yeni fəaliyyət deyil:
“Hesab edirəm ki, ermənilərin Rusiyaya rəğmən yeni oyunlarda qurban olmaq istəkləri olmaz. Onlara yaşadıqları bəs edər, amma yenidən macəra axtaracaqlarsa, nəticəsi daha acınacaqlı olacaq”.
Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sonuncu brifinqdə Qarabağdan könüllü gedən ermənilərə Moskva tərəfindən yeni humanitar yardımların nəzərdə tutulub-tutulmadığı barədə suala cavabında belə bir humanitar yardımın Rusiyanın diqqət mərkəzində olduğunu bildirib. Ardınca o qeyd edib ki, yaxın zamanlarda Rusiya QHT-ləri vasitəsilə daha geniş humanitar aksiya nəzərdə tutulur.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Rusiya,Ermənilər,Todaypress.tv,
