Paşinyan: "Biz yolları qarşılıqlı və eyni şərtlərlə istifadə edəcəyik"
Siyasət
09.08.2025 02:21
"Bu gün imzalanan sənəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni, Ermənistan Respublikasının daxili və beynəlxalq nəqliyyat kommunikasiyalarının qarşılıqlı üstünlüklərlə təmin olunmasını da nəzərdə tutur. Bu o deməkdir ki, biz qarşılıqlı şəkildə bütün yolları eyni qaydada, eyni şərtlərlə istifadə edəcəyik".
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Ermənistan KİV-ə müsahibəsində deyib.
"Bu, Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan yeni qlobal yol layihəsidir və regionumuzda sabitlik və sülhün təmin olunmasında əsas amil hesab olunur. Eyni zamanda qeyd etmək istərdim ki, bu razılaşmalar nəticəsində formalaşacaq hüquqların – yəni layihənin və ya sazişin – region ölkələrinin maraqları ilə nə dərəcədə uyğunlaşdığı xüsusi vurğulanmalıdır. Bu təşəbbüs bütövlükdə regionun maraqlarına tam uyğun gəlməlidir".
Qiymət Mahir
tag: Azərbaycan,Naxçıvan,Ermənistan,Nikol Paşinyan,Todaypress.tv,