Millət vəkili: “Erməni müxalifəti Rusiyanı masaya qaytarmaq istəyir”
Siyasət
08.07.2025 16:36
“Erməni və Azərbaycan nümayəndələri harada varsa, orada mütləq mübahisə olur. Biz erməni müxalifçilərinə fikrimizi çatdırdıq ki, onlar hakimiyyətə gəlsələr də, Azərbaycanın mövqeyi dəyişməyəcək”.
Milli Məclisin deputatı Razi Nurullayev bu fikirləri TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın razılaşdığı qərarları dəyişmək istəyən erməni müxalifəti üçün vəziyyət daha da pisləşəcək.
“Müxalifətin həyata keçirdiyi siyasət Paşinyanın siyasətindən uğurlu ola bilməz. Onlar Rusiyanı geri qaytarmaq istəyib onunla eyni masada əyləşmək istəyirlər. Bununla yanaşı, Ermənistanı Qərb cığırından ayırmaq istəyirlər”.
Razi Nurullayev qeyd edib ki, erməni müxalifətçiləri dəstəsi istəklərinə nail ola bilməyəcəklər.
Qeyd edək ki, iyunun 6-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan müxalifət partiyalarının görüşü keçirilib. Azərbaycan tərəfindən görüşdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı və Milli Məclisin deputatı, Milli Cəbhə partiyasının sədri Razi Nurullayev iştirak edib.
Türkan İsgəndərli
tag: Razi Nurullayev,Deputat,Reaksiya,Rubrika,Todaypress.tv,