Əziz Əlibəyli: "Deynsin "Vaşinqton ingiliscəsi" Azərbaycan üçün daha başadüşüləndir"
Siyasət
02.06.2025 16:40
“ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ABŞ-nin izləyəcəyi vizionun çatdırıcısıdır”.
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, Stiv Deynsi bütövlükdə anti-Rusiya siyasətinin memarlarından biri adlandırıb:
“Maraqlıdır ki, o, həm də Orta Asiya, Rusiya, Qafqazlar üzrə ixtisaslaşmış adamdır. Həmçinin enerji sahəsi üzrə peşəkar mütəxəssislərdəndir. Onun səfərindəki əsas məqsəd enerji təhlükəsizliyi və bundan sonra nəzərdə tutulan qlobal kommunikasiya yollarının çəkilişi ilə bağlı ABŞ-nin izləyəcəyi vizionu çatdırmaqdır. Bu mənada Vaşinqtonun Stiv Deyns dili Azərbaycan üçün çox vacibdir. Ondan 907-ci düzəlişlə bağlı tələblər istəmək mümkün idi. Azərbaycan bu məsələni mütləq şəkildə gündəmdə saxlayır. Bu, həm də Ermənistanla ABŞ arasında imzalanmış hərbi strateji əməkdaşlıq sazişinə də yaxşı cavab olmalıdır. Həmçinin uyğun müqavilənin imzalanması üçün bizə şans verir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Ekspert,Vaşinqton,Azərbaycan,Todaypress.tv,