Azərbaycan qara metal idxalını azaltdı

Azərbaycan qara metal idxalını azaltdı
20.10.2025 20:55 Sənaye və energetika

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan qara metallar və onlardan hazırlanan məmulatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin 9 ayında ölkəyə 692.3 min ton qara metal və metal məmulatı idxal olunub. Bunun dəyəri 815.26 milyon dollar təşkil edib.

2024-cü ilin eyni dövründə isə idxal göstəriciləri daha yüksək olub - 762.2 min ton həcmində qara metal və metal məmulatı 873.55 milyon dollar dəyərində gətirilib.

Beləliklə, illik müqayisədə idxal həcmi 9.2 faiz, dəyər ifadəsində isə 6.7 faiz azalıb.


XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər