Zəncəfil bağırsaq iltihabına qarşı müsbət təsir göstərir
Sağlamlıq
22.09.2025 19:30
Çin Tibb Universitetinin alimləri zəncəfilin aktiv komponenti olan kurkuminlə (curcumin) triptofan amin turşusunun birləşməsinin bağırsaq iltihabına qarşı effektiv təsir göstərdiyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" elmi jurnalında dərc olunub.
Siçanlar üzərində aparılan təcrübələrdə bu birləşməni qəbul edən heyvanlarda simptomlar daha yüngül keçib. Onlar nəzarət qrupuna nisbətən daha az çəki itirib.
Həmçinin siçanlarda bağırsaq baryerinin bərpası müşahidə olunub. Bununla bağlı qoruyucu zülalların səviyyəsində artım qeydə alınıb. İltihab və oksidləşdirici stress göstəriciləri isə azalıb.
Dərman bağırsaq mikrobiotasına da müsbət təsir göstərib. Faydalı bakteriyaların və qısa zəncirli yağ turşularının səviyyəsi artıb.
Alimlər optimal doza və istifadə müddətinin müəyyənləşdirilməsinin lazım olduğunu bildirirlər.
Türkan İsgəndərli
tag: Zəncəfil,Bağırsaq,İltihab,Təbabət,Todaypress.tv,
