Xəstə birini görmək belə sizi xəstələndirə bilər
Sağlamlıq
04.08.2025 19:00
Yeni bir araşdırmaya görə, xəstə insanı görmək belə beynimizi və immunitet sistemimizi xəbərdar edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat “Nature Neuroscience” jurnalında dərc olunub.
Bildirilib ki, virtual reallıq eynəkləri ilə aparılan bir sıra eksperimentlər beynin xəstəlik əlamətlərinə qarşı nə qədər həssas reaksiya verdiyini üzə çıxarıb.
Tədqiqatda iştirak edən şəxslər qızdırma və səpgi kimi aydın xəstəlik simptomlarına sahib virtual bir insan fiqurlarını uzaqdan gördükdə, onların beyinlərində təhlükə siqnalı işə düşüb və immun sistemləri aktivləşib.
Eyni insan fiquru sağlam göründükdə isə bu reaksiyalar müşahidə edilməyib. Həm beyin aktivliyi sabit qalıb, həm də qanda immun göstəricilərində artım baş verməyib.
Aysel Mətləb
tag: Xəstə,Araşdırma,Nature Neuroscience,Todaypress.tv,