Uşaqlara saqqız vermək olar?

Sağlamlıq

06.10.2025 18:45

Saqqızın uşaqların sağlamlığı üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edilib. 

TodayPress TV xəbər verir ki, saqqızın tərkibindəki sintetik polimerlər, şirinləşdiricilər, ətirləndiricilər və konservantlar xüsusilə azyaşlılar üçün risk daşıyır.

Məlumata görə, saqqızın əsasını təşkil edən sintetik kütlə su və ya digər maddələrdə həll olunmur. Bu maddələr uşaqlar tərəfindən təsadüfən udulduqda orqanizmdə həzm olunmur və mədə-bağırsaq sistemində toplanaraq həzm pozğunluqları, o cümlədən bağırsaq keçməzliyi kimi ciddi problemlərə səbəb ola bilər.

Beş yaşadək uşaqların az miqdarda olsa belə, saqqızı udması mütəmadi hal aldıqda ciddi fəsadlara yol aça bilər. 

Dadlandırmaq üçün saqqızlara əlavə olunan limon, alma kimi turşular uzun müddət çeynənən zaman diş minasını yumşalda bilər.

Uşaqlarda diş minası hələ tam formalaşmadığı üçün bu təsir daha güclü olur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Saqqız,Uşaq,Qida,Sağlamlıq,Todaypress.tv,