Soyuducudan düzgün istifadə qidaların ömrünü uzadır

Sağlamlıq

19.08.2025 19:15

Soyuducular qidaların təravətini və keyfiyyətini qorumaq üçün mühüm rol oynayır. Lakin bəzi istifadə qaydalarına əməl edilmədikdə bu müddət xeyli qısalır.

TodayPress TV xəbər verir ki, mütəxəssislər meyvə-tərəvəz, ət, balıq və süd məhsullarının soyuducuda düzgün şəraitdə saxlanılmasının vacibliyini vurğulayırlar.

Əks halda, bu qidalar həm tez xarab olur, həm də tərkibindəki faydalı maddələri itirir.

Məlumata görə, pomidor, banan, xiyar və kartof kimi bəzi məhsullar çox soyuq mühitdə hüceyrə quruluşunu itirərək keyfiyyətini tez itirir. Həmçinin soyuducunun tam doldurulmaması və isti qidaların əvvəlcə otaq temperaturunda soyudulması tövsiyə olunur.

Mütəxəssislər yay aylarında soyuducu temperaturunun 3°C, qış aylarında isə 5°C səviyyəsində saxlanmasını məsləhət görürlər.

Türkan İsgəndərli

tag: Soyuducu,Meyvə,Tərəvəz,Çürük,Todaypress.tv,