Xolesterin və təzyiqi aşağı salan meyvə - HƏKİM TÖVSİYƏSİ

Sağlamlıq

16.05.2025 14:46

15

Həkimlər qan təzyiqindən əziyyət çəkənlərə və ürək sağlamlığını qorumaq istəyənlərə rasionlarına manqo əlavə etməyi tövsiyə edirlər.

TodayPress TV xəbər verir ki, bu barədə "Infobae" nəşri məlumat yayıb.

Mütəxəssislər bildirir ki, manqo kaliumla zəngindir və bu element ürək-damar sisteminin sağlam fəaliyyəti üçün olduqca vacibdir.

Manqonun müntəzəm istifadəsi infarkt, insult və hipertoniya kimi xəstəliklərə tutulma riskini azaldır. 

Həkimlər diqqətə çatdırıb ki, manqo qanda xolesterin səviyyəsini aşağı salmağa da kömək edir.

Göstəricilərin normallaşması meyvənin tərkibindəki lif sayəsində baş verir ki, bu da bağırsaq mikroflorasına və ümumiyyətlə həzmə müsbət təsir göstərir. 

Bundan əlavə, manqo "C" vitamini ilə də zəngindir.

Bu vitamin immun sisteminin möhkəmləndirilməsi üçün vacib rol oynayır.

Töhfə Səməd

tag: Manqo,Meyvə,Xolesterin,Təzyiq,TodayPress.tv,