Siqaret çəkməyənlərdə də ağciyər xərçəngi yarana bilər - XƏBƏRDARLIQ
Sağlamlıq
24.06.2025 13:54
Havanın çirklənməsi siqaret çəkməyən insanlarda da ağciyər xərçəngi riskini artırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, ağciyər xərçəngi hallarının təxminən 85 faizi siqaret çəkənlərdə müşahidə olunsa da, hər il siqaret çəkməyənlər arasında da bu xəstəliyə tutulanların sayı artır. Havanın çirklənməsi ilə ağciyər xərçəngi arasında əlaqə elmi cəhətdən sübut olunub. Bu faktor xüsusilə siqaret çəkməyən pasiyentlər üçün önəmlidir.
Həkimlər siqaret çəkməyən ağciyər xərçəngi xəstələrinin yarıdan çoxunun qadınlar olduğunu bildirib. Lakin bu artımı yalnız havanın çirklənməsi ilə əlaqələndirmək düzgün olmaz. Bu statistikaya diaqnostikanın təkmilləşdirilməsi və siqaret çəkənlərin sayının tədricən azalması da təsir edir.
Həkimlərin əsas narahatlığı isə bu xəstəliyin siqaret çəkməyənlərdə gec mərhələdə aşkarlanmasıdır. Çünki bu insanlar üçün ağciyər xərçəngi ehtimalı nadir sayılır və çox vaxt qanlı öskürək kimi tipik simptomlar müşahidə edilmir. Bu isə vaxtında diaqnoz qoyulmasını çətinləşdirir və müalicə imkanlarını azaldır.
Töhfə Səməd
tag: Hava,Çirklənmə,Siqaret,Xərçəng,Risk,Todaypress.tv,