Meyvə suyunun iki əsas faydası açıqlandı

Sağlamlıq

19.05.2025 07:00

11

Meyvə və tərəvəz parçaları ilə zənginləşdirilmiş su qəbizliyin qarşısını alır və şirin içkilərə marağı azaldır. 

TodayPress TV xəbər verir ki, bu barədə Danimarkanın VIA Universitet Kollecindən dietoloq Sandra Viqelene “Wellness Pulse” nəşrinə danışıb.

O bildirib ki, az şəkərli və kalorisiz bu cür “aromatlaşdırılmış” sular orqanizmdə su balansını qoruyur, artıq çəki və şəkər xəstəliyi riskini azaltmağa kömək edir.

Dietoloq hazır məhsullardan deyil, ev şəraitində hazırlanmış meyvəli su içməyi tövsiyə edib. Bu, xüsusilə adi suyun dadını sevməyən insanlar üçün faydalıdır. Su orqanizmdə maddələrin daşınması, tullantıların çıxarılması və bağırsaq fəaliyyətinin yaxşılaşması üçün vacibdir.

Viqelene əlavə edib ki, su bağırsaqda nəcisin yumşalmasına və asan xaric olunmasına kömək edir, böyrək daşlarının və sidik yolları infeksiyalarının qarşısını ala bilər.

Qiymət Mahir

tag: Meyvə suyu,Sağlamlıq,Araşdırma,Dietoloq,todaypress.tv,