Öskürək qabırğanı sındıra bilər
Sağlamlıq
26.09.2025 18:45
Son dövrlər gənclər arasında qəfil başlayan və keçməyən döş qəfəsi ağrıları ilə bağlı tibbi müraciətlərin artması müşahidə olunur.
TodayPress TV xəbər verir ki, xüsusilə astma xəstəliyindən əziyyət çəkən, yüksək stress altında olan və fiziki aktivliyi az olan gənclərdə bu tip sınıqlara daha tez-tez rast gəlinir.
Mütəxəssislər bildirirlər ki, bu ağrıların arxasında çox zaman öskürəyə bağlı qabırğa sınıqları dayanır.
Uzunmüddətli və güclü öskürək tutmaları zəif sümük quruluşu ilə birləşdikdə, qabırğa sümüklərinin zədələnməsi riski artır. Bəzən bu ağrılar başqa xəstəliklərin simptomları kimi qiymətləndirilir və yalnız kompüter tomoqrafiyası vasitəsilə dəqiq diaqnoz qoyulur.
Mütəxəssislər qeyd edirlər ki, günəş işığından az faydalanmaq, hərəkətsiz həyat tərzi, qapalı məkanlarda çox vaxt keçirmək və qidalanmada balansın pozulması gənclərdə sümük zəifliyinin əsas səbəblərindəndir. Bu fonda adi öskürük belə sınıqlara səbəb ola bilər.
Eyni zamanda isə siqaret istifadəsi də həm ağciyər xəstəliklərini artırır, həm də öskürək tutmalarını gücləndirərək sümük zədələnməsi riskini yüksəldir.
Türkan İsgəndərli
tag: Öskürək,Qabırğa,Xəstəlik,Soyuqdəymə,Todaypress.tv,
