Günəş kremindən necə istifadə etməliyik? – Kosmetoloq MƏSLƏHƏTİ
Sağlamlıq
14.07.2025 17:04
“Yay mövsümündə günəş kremindən istifadə təkcə estetik deyil, həm də sağlamlıq baxımından vacib addımdır”.
Kosmetoloq Gülər İbrahimova bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, dərinin günəşin ultrabənövşəyi şüalarına məruz qalması vaxtından əvvəl qocalma, ləkələr və hətta dəri xərçəngi riskini artıra bilər.
Kosmetoloq SPF seçiminin də önəmli olduğunu açıqlayıb:
“Gündəlik istifadə üçün ən azı SPF 30 dərəcəsində olan günəş kremi məsləhətdir. Açıq rəngli, həssas və quru dəriyə sahib olanlar isə SPF 50 və qoruyucu faktorlu məhsullara üstünlük verməlidir”.
Mütəxəssis vurğulayıb ki, isti havalarda dəriyə qulluq daha yüngül məhsullarla həyata keçirilməlidir. O əlavə edib ki, günə təmiz üz dərisi və nəmləndirici ilə başlamaq, yağsız və su əsaslı günəş kremi istifadə etmək, gün ərzində günəş kremini 2-3 saatdan bir yeniləmək, axşam saatlarında dərini təmizləyib, yüngül serum və nəmləndirici ilə qidalandırmaq lazımdır. Günəş kremini makyajdan əvvəl, dərini nəmləndirdikdən sonra tətbiq etmək daha düzgündür.
Türkan İsgəndərli
tag: Gülər İbrahimova,Kosmetoloq ,Günəş kremi,İstifadə,Todaypress.tv,
