Çiyələk alarkən nələrə diqqət etmək lazımdır?

Sağlamlıq

20.05.2025 12:25

12

Qida təhlükəsizliyi sahəsində mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq parlaq görünüşə malik çiyələklərdə zərərli kimyəvi maddələr ola bilər. 

TodayPress TV-nin məlumatına görə, bu cür maddələr meyvənin raf ömrünü uzatsa da, insan sağlamlığı üçün təhlükə yarada bilər.

Giləmeyvələrin üzərində kif izlərinin görünməsi, onların artıq xarab olmağa başladığını və tərkibində toksinlərin ola biləcəyini göstərir. Eyni zamanda, tünd ləkələr, çürüklər və ya yumşalma meyvənin yararsız hala düşdüyünün əlamətləridir.

Mütəxəssislər bildirirlər ki, çiyələklər şirin və təravətli qoxuya malik olmalıdır. Əgər meyvədə turş və ya acı qoxu hiss edilirsə, bu, məhsulun xarab olduğuna işarədir.

Bundan əlavə, həddindən artıq yumşaq və elastikliyini itirmiş çiyələklər bakteriyaların çoxaldığı mühit yaradır.

Türkan İsgəndərli

tag: Qida,Çiyələk,Zəhər,Meyvə,todaypress.tv,