Borşun orqanizmə ziyanları aşkarlandı
Sağlamlıq
15.10.2025 19:30
Borşun tərkibində vitaminlər, minerallar və lif kimi faydalı maddələr olsa da, bəzi hallarda bu yemək orqanizm üçün zərərli ola bilər.
TodayPress TV xəbər verir ki, mədə-bağırsaq sistemi xəstəlikləri, artıq çəki və ürək-damar problemləri olan insanlara çox yağlı və qatı borşlar məsləhət görülmür.
Xüsusilə uzun müddət qaynadılmış sümüklərdən hazırlanan bulyonlar orqanizmdə purin maddələrinin yığılmasına və sidik turşusunun artmasına səbəb olur.
Bundan başqa, ətin uzun müddət bişirilməsi nəticəsində ağır metallar və toksik maddələr ayrılır ki, bu da damar xəstəlikləri və pankreatitdən əziyyət çəkənlər üçün əlavə risk yaradır. Qızartma zamanı çoxlu yağdan istifadə edilməsi yeməyin kalori miqdarını artırır və mədədə narahatlıq hissi yarada bilər.
Həmçinin tərəvəzlərin düzgün bişirilməməsi nəticəsində nitrantların ayrılması mümkündür. Bu maddələr ürək-damar xəstəlikləri, təzyiq pozuntuları və oksigen çatışmazlığı olan şəxslər üçün təhlükəli sayılır.
Mütəxəssislər bildirirlər ki, turşəngli borş podaqrası olan insanlara qətiyyən tövsiyə edilmir, çünki onun tərkibindəki turşular xəstəliyin gedişatını ağırlaşdıra bilər. Duzlu məhsulların yeməyə əlavə edilməsi isə borşun duzluluğunu və turşuluğunu artıraraq ürək-damar sistemi üçün əlavə yük yaradır.
Türkan İsgəndərli
tag: Borş,Yemək,Sağlamlıq,Lif,Todaypress.tv,
