Altsheymer xəstəliyinin yeni səbəbi tapıldı

Sağlamlıq

04.09.2025 19:15

ABŞ-nin Morsani Tibb Kollecinin alimləri müəyyən ediblər ki, PICALM geninin əsas variantı Altsheymer xəstəliyinə səbəb olan üçüncü ən mühüm amildir.

TodayPressTV xəbər verir ki, araşdırma “Nature” jurnalında dərc olunub.

Bu genin “tipik” forması beyin hüceyrələrində tullantıların təmizlənməsinə cavabdeh olan mikroqliyanın fəaliyyətini zəiflədir. Nəticədə zədələnmiş zülallar və lipidlər yığılaraq yaddaş və idrak qabiliyyətinə zərər vurur.

Məlumata görə, əhalinin 30 faizində qoruyucu PICALM variantı var. Lakin əsas allel mikroqliyada zülal səviyyəsini azaldır, hüceyrədaxili strukturları zədələyir və Altsheymer riskini artırır.

Alimlər bildirirlər ki, APP və PSEN genlərindən sonra PICALM də demensiyanın ən mühüm genetik səbəblərindən biri sayılır.

Qiymət Mahir

TodayPress TV

tag: ABŞ,PICALM,Altsheymer ,APP ,Todaypress.tv,