Alimlər xərçəngə qarşı yeni mübarizə üsulu tapdılar

Sağlamlıq

18.09.2025 19:30

Pitsburq Universitetinin alimləri aşkar ediblər ki, şişin daxilindəki az oksigen və yüksək turşuluq immun sisteminin "T" hüceyrələrini zəiflədir.

TodayPress TV xəbər verir ki, araşdırma “Immunity” jurnalında dərc olunub. 

Bildirilir ki, sözügedən hüceyrələr xərçənglə mübarizədə əsas rol oynayır.

Alimlər müəyyən ediblər ki, şişdəki stress "T" hüceyrələrinin mitoxondriyasında zərərli molekullar yaradır və onun genetik materialının qoruyucu hissəsi olan telomerlərə zərər vurur. 

Alimlər problemin qarşısını almaq üçün yalnız telomerləri qoruyan xüsusi antioksidant molekul hazırlayıblar. Bu molekul ilə gücləndirilmiş "T" hüceyrələri şişlərlə daha yaxşı mübarizə aparıb. 

Hazırda bu texnologiyanın insanlar üçün uyğunlaşdırılması üzərində iş aparılır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Şiş,Xərçəng,Hüceyrə,Texnologiya,Todaypress.tv,