İrəvanda 590 minlik oğurluq: Saxlanılanlar var...
Ermənistan İstintaq Komitəsinin binasından 590 min dolların oğurlanması ilə bağlı cinayət işi çərçivəsində iki nəfər həbs olunub.
TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Antikorrupsiya Komitəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, həbs olunanlardan biri Ermənistan İstintaq Komitəsinin İqtisadi cinayətlər və qaçaqmalçılıqla mübarizə idarəsinin rəisi Qor Tadevosyandır.
Bundan əvvəl yayılmış informasiyalarda bildirilib ki, İstintaq Komitəsinin iqtisadi cinayətlərin araşdırılması ilə məşğul olan baş idarəsinin binasından 590 min dollar həcmində maddi sübut oğurlanıb. Pul altıncı mərtəbədəki seyfdə saxlanılırmış. Cinayəti törədən şəxs binaya saxta istintaqçı vəsiqəsi ilə daxil olub.
Hazırda hüquq-mühafizə orqanları 578 min dolları aşkarlaya bilib. Qalan məbləğin axtarışı davam etdirilir.
Qiymət Mahir
tag: İrəvan,Ermənistan,Cİnayət,Korrupsiya,todaypress.tv,