Ermənistanda güclü külək nəticəsində xəsarət alanlar var
Qərbi Azərbaycan
15.06.2025 23:30
Ermənistanın Aparan şəhərində güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan sosial şəbəkə üzərindən yayıb.
Hadisə yerli vaxtla saat 16:10-da (Bakı vaxtı ilə 16:10) baş verib.
Külək bir sıra binaların dam örtüklərinə, avtomobillərə və digər infrastruktur obyektlərinə ciddi ziyan vurub. Xəsarət alanlara tibbi yardım göstərilib.
Məlumata görə, zərərçəkənlərdən biri uşaq, digərləri isə böyükdür. Onların xəsarətləri yüngül və orta dərəcəlidir.
Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 21 binanın dam örtüyü qopub, 19 minik avtomobili və 3 yük maşını zədələnib, 15 ağac və 8 elektrik dirəyi aşıb. Təhlükəsizlik məqsədilə Aparanda elektrik, qaz və su təchizatı müvəqqəti olaraq dayandırılıb.
Hazırda ərazidə fövqəladə xidmətlərin işləri davam edir.
Türkan İsgəndərli
tag: Ermənistan,Fırtına,Hava,Yaralı,Todaypress.tv,