Ermənistanda 15 nəfər həbs olundu

Qərbi Azərbaycan

26.06.2025 13:00

Ermənistanda silahlı yolla hakimiyyətin ələ keçirilməsinə cəhd işi üzrə 15 nəfər həbs olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, məhkəmə istintaqın bütün vəsatətlərini təmin edib və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların arasında “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan da var.

İstintaq orqanı qeyd edir ki, aparılan axtarışlar zamanı elektrik kabelləri və internet bağlantısına zərər yetirmək üçün nəzərdə tutulan çoxsaylı yanar vasitələr aşkar edilib.

Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi “Müqəddəs Mübarizə” hərəkatının üzvlərini terror aktlarına hazırlıq və çevriliş planında ittiham etmiş, həmin gün Qalstanyan və tərəfdarlarının evlərində genişmiqyaslı axtarış aparılmışdı.

Qiymət Mahir

tag: Ermənistan,Baqrat Qalstanyan,Arxiyepiskop,Məhkəmə,Todaypress.tv,