Ermənistanda Karapetyanın şirkətinə basqın edildi

Qərbi Azərbaycan

08.07.2025 10:21

Ermənistanda təhlükəsizlik qüvvələri, rusiyalı milyarder Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin baş ofisinə gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı şirkətin mətbuat katibi Natalya Sarcanyan verib.

Onun sözlərinə görə, forma geyinən naməlum şəxslər şirkət əməkdaşlarını ofis binasına buraxmır. Təhlükəsizlik qüvvələrinin hansı dövlət orqanına məxsus olduğu hələlik bilinmir. Ofisin qarşısında toplaşan işçilər içəri daxil ola bilmirlər.

Eyni vaxtda, erməni KİV-ləri yazır ki, hüquq-mühafizə orqanları şirkətin direktoru Narek Karapetyanın (Samvel Karapetyanın qardaşı oğlu) evində də axtarış aparır.

Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də İrəvanda saxlanılıb. Ona hakimiyyəti ələ keçirməyə çağırış ittihamı irəli sürülüb. İyulun 4-də Apellyasiya Məhkəməsi onun həbsdə qalması ilə bağlı qərar çıxarıb.

Karapetyan Ermənistan hökumətini tənqid edib və Erməni Apostol Kilsəsini dəstəklədiyi üçün hakimiyyətlə münasibətləri gərginləşib. Onun həbsi ölkədə narazılıq doğurub. Ötən həftə bir neçə min insan İrəvanın mərkəzində yürüş edərək Karapetyanın azadlığa buraxılmasını tələb edib.

Türkan İsgəndərli

tag: Ermənistan,Samvel Karapetyan,Rusiya,Milyarder,Todaypress.tv,