Ermənistan KTMT iclasında iştirak etməyəcək

Qərbi Azərbaycan

30.06.2025 09:56

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısına qatılmayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, KTMT Xarici İşlər Nazirləri Şurasının iclası iyunun 30-da Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək. 

Türkan İsgəndərli

tag: Ermənistan,KTMT,Qırğızıstan,Tədbir,Todaypress.tv,