Ermənistan XİN "3+3" formatında nazirlərin növbəti görüşünü qəbul etməyə hazırdır
Ermənistan "3+3" formatında nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu təsdiqləyir.
TodayPress TV Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Ermənistan hələ 2024-cü il oktyabrın 18-də İstanbulda "3+3" platformasının üçüncü görüşü zamanı nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu bəyan edib", - XİN-dən bildirilib.
Xarici siyasət idarəsindən həmçinin əlavə edilib ki, görüşün tarixi və yeri müəyyən edilərkən ictimaiyyət vaxtında məlumatlandırılacaq.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə "3+3" formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib.
Onun sözlərinə görə, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.
tag: Ermənistan,XİN,3+3,Nazir,Todaypress.tv,