Paşinyan MTX-nin rəhbərini vəzifəsindən azad etdi

Qərbi Azərbaycan

18.06.2025 09:44

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanı vəzifəsindən azad edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Baş nazirin sərəncamına əsasən, Armen Abazyan vəzifəsindən çıxarıldıqdan sonra onun müavini Andranik Simonyan MTX rəhbərinin müvəqqəti icraçısı təyin olunub.

Qeyd edək ki, onun işdən çıxarılmasına səbəb tanınmış rusiyalı biznesmen Samvel Karapetyanın saxlanmasına etiraz etməsi olub.

Türkan İsgəndərli

tag: Ermənistan,Paşinyan,MTN,Sərəncam,Todaypress.tv,