Xalq artisti Arif Babayevin son durumu açıqlandı

Xalq artisti Arif Babayevin son durumu açıqlandı
27.07.2025 15:00 Mədəniyyət

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.

TodayPress TV xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev məlumat verib.

Onun sözlərinə görə, xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.

(report.az)

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər