Rusiya ilə mədəniyyət sahəsində əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürülməyib – RƏSMİ

Rusiya ilə mədəniyyət sahəsində əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürülməyib – RƏSMİ
07.07.2025 18:29 Mədəniyyət

Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb.

Bu barədə Mədəniyyət Nazirliyindən TodayPress TV-yə məlumat verilib. 

"Bu saxta sənədin  Mədəniyyət Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Nazirlik tərəfindən belə bir sənəd hazırlanmayıb və yayılmayıb. Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız Nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur",- deyə məlumatda qeyd olunub.

FOTOLAR

Rusiya ilə mədəniyyət sahəsində əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürülməyib – RƏSMİ — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər