Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə keçirildi

Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə keçirildi
19.06.2025 11:46 Mədəniyyət

İyunun 19-da Pekin Beynəlxalq Kitab Sərgisinin təqdimat salonunda Azərbaycan kitab mədəniyyətinə həsr olunmuş “Sözün İpək Yolu: Azərbaycan Kitab Ekosistemi” adlı panel müzakirəsi keçirilib. Tədbir Azərbaycan ədəbiyyatının beynəlxalq təqdimatı, nəşriyyat potensialı və Çin ilə mədəni əməkdaşlıq imkanlarına dair dəyərli fikir mübadiləsi ilə yadda qalıb.

TodayPress TV xəbər verir ki, paneldə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli, şair və esseist Qismət, “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, eləcə də Çin Şeiriyyat İnstitutunun katibi, şair Vanq Şan iştirak ediblər.

Müzakirə zamanı Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol, müasir dövrdə kitabların nəşrindəki dinamika, ədəbi tərcümələrin rolu və gənc oxucu auditoriyasına çıxış imkanları vurğulanıb. Spikerlər Azərbaycanın ədəbi irsinin Çində tanıdılması və qarşılıqlı nəşr təşəbbüslərinin genişləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyətini önə çəkiblər.

Tədbirdə həmçinin Azərbaycan və Çin xalqlarının dostluğunda, mədəniyyətlərarası dialoqda kitabın körpü roluna toxunulub, gələcək əməkdaşlıqlara dair təkliflər səsləndirilib.

Panelin sonunda iştirakçılar auditoriyanın suallarını cavablandırıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə  Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub.

FOTOLAR

Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə keçirildi — 1
Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə keçirildi — 2
Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə keçirildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər