Mövlud Süleymanlının oğlu: "Atama göstərilən diqqətdən narazı deyiləm"

Mədəniyyət

24.09.2025 14:08

“Atasızlıq tək mənim üçün yox, hamı üçün ağır məsələdir”

Mərhum Xalq yazıçısı Mövlud Süleymanlının oğlu Elay Süleymanlı bu sözləri TodayPress TV-yə açıqlamasında bildirib.

O, həmçinin deyib:

“Adam atanın kim olduğunu, məncə, itirəndə tam başa düşür. Ancaq nə etmək olar? İtkidir, hamı itirə-itirə gedir. Vəziyyətlə barışmaqdan başqa çarə yoxdur. İtirsək də, yaşamağa çalışırıq”.

Yazıçının oğlu onlara göstərilən diqqətdən də razılığını ifadə edib:

“Dövlət tərəfindən həm sağlığında diqqət göstərilib, həm də vəfat edəndən sonra. Bu barədə heç bir narazılığım yoxdur. Allah dövlətimizin başçısının ömrünü uzun eləsin”. 

Mərhum yazıçının oğlu Mövlud Süleymanlının yazıçı dostları barəsində də söz açıb. 

O bildirib ki, atasının dostlarının əksəriyyəti vəfat edib:

“Atamın yazıçı dostlarının da çoxu dünyasını dəyişib. Ancaq qalanları, gənclər sağ olsunlar, hamısı yaxşıdır, yad edirlər”.

Qeyd edək ki, Xalq yazıçısı Mövlud Süleymanlı 21 fevral 2024-cü ildə vəfat edib. 

Orxan Saffari

TodayPress TV

tag: Mövlud Süleymanlı,Yazıçı,Elay Süleymanlı ,Xalq yazıçısı,Todaypress.tv,