Hacı İsmayılov: "Bu, onun Azərbaycan teatrına son hədiyyəsi oldu"
Mədəniyyət
04.08.2025 12:43
“Elçin Əfəndiyevlə son görüşümüz onun “Baş” romanının tamaşa məşqlərində baş tutmuşdu”.
TodayPress TV xəbər verir ki, bu sözləri mərhum Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində Xalq artisti Hacı İsmayılov deyib.
O əlavə edib ki, Elçin Əfəndiyev səhhətində yaranan çətinliklərə baxmayaraq, ilk oxunuş mərasiminə qatılıb və onlara tam etibarını bildirib.
“O bizə etibar etdiyini bildirdi. Onun bu əsərini çox gözəl formada ərsəyə gətirəcəyimizi dedi. Biz də bu sözə sadiq qaldıq. İctimai baxış keçirildi, tamaşa möhtəşəm alındı. Biz çox həsrətlə gözlədik ki, Elçin Əfəndiyev də gələcək, baxacaq. Amma bu, bizə nəsib olmadı”.
Hacı İsmayılov “Baş” tamaşasının xalq yazıçısının Azərbaycan teatrına son hədiyyəsi olduğunu deyib.
“Onun zəngin irsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”, - deyə o, hisslərini dilə gətirib.
Qiymət Mahir
tag: Xalq yazıçısı,Elçin Əfəndiyev,Vida,Mərasim,Todaypress.tv,