“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi

“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi
03.06.2025 16:39 Mədəniyyət

İyunun 3-də Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB baş katibinin müavini Nurlan Seytimov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov,  Milli Məclisin Mədəniyyət komitəsinin sədri, MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, birliyə üzv digər ölkələrdən rəsmilər, mədəniyyət və elm xadimləri, media mənsubları iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək tədbir iştirakçılarını salamlayıb.

Bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri birliyin "mədəniyyət paytaxtı" elan edilib. "Paytaxt ili" ilə bağlı geniş tədbirlər planı hazırlanıb:

"Bu qərar bizim üçün böyük sosial-mədəni əhəmiyyət kəsb edir və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin mədəni və iqtisadi dirçəliş prosesində beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin bariz təzahürüdür".

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Laçın rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

Həmin ərazilərdə işğal zamanı dağıdılıb talan edilmiş tarixi-mədəni irsin bərpası da diqqətdə saxlanılır.

MDB baş katibinin müavini Nurlan Seytimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış ediblər.

Mixail Şvıdkoy Laçın şəhərinin MDB-nin "mədəniyyət paytaxtı" elan olunması ilə bağlı sertifikatı Məsim Məmmədova təqdim edib.

Sonra Laçın rayonu ilə bağlı videoçarx nümayiş etdirilib.

Videomaterialda Laçının işğal zamanı məruz qaldığı dağıntıların görüntüləri, həmçinin işğaldan azad olunduqdan sonra rayonda həyata keçirilən bərpa və quruculuq işlərini əks etdirən kadrlar yer alıb.

Açılış mərasiminin sonunda musiqi nömrələri təqdim olunub.

FOTOLAR

“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi — 1
“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi — 2
“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi — 3
“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi — 4
“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi — 5
“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi — 6
“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi — 7
“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi — 8
“MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər