Emma Stoun Kann festivalında arı hücumuna məruz qaldı

Mədəniyyət

17.05.2025 09:26

7

Kann Film Festivalında maraqlı an yaşanıb. Məşhur aktrisa Emma Stouna qırmızı xalı üzərində hərəkət edərkən arı hücum edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Vulture" nəşri məlumat yayıb.

Hadisə rejissor Ari Asterin “Eddinqton” filminin premyerası zamanı baş verib. 

Stounun tərəf müqabilləri, aktyorlar Pedro Paskal və Ostin Batler vəziyyətə çevik reaksiya verərək, arını aktrisadan uzaqlaşdırıblar.

Xatırladaq ki, “Eddinqton” müasir vestern və qara komediya janrlarının sintezində çəkilmiş filmdir. Ekran əsəri 78-ci Kann Film Festivalının əsas müsabiqəsində iştirak edir. Filmdə Emma Stoun, Pedro Paskal və Ostin Batlerlə yanaşı, tanınmış aktyorlar Xoakin Feniks və Lyuk Qrayms da rol alıblar.

Qeyd edək ki, bu il festival rəhbərliyi qırmızı xalçadakı geyimlərlə bağlı sərt qaydalar tətbiq edib. Rəsmi bəyanatda bildirilir:

“Əxlaq normaları nəzərə alınaraq, qırmızı xalçada və festivalın digər zonalarında çılpaq geyimlərə icazə verilmir. Qonaqları qarşılayan heyət, qaydalara əməl etməyən şəxslərin qırmızı xalçaya çıxışını qadağan etməlidir".

Töhfə Səməd 

tag: Kann Film Festivalı,Emma Stoun,Arı,Hücum,Qırmızı xalça,todaypress.tv,