Selena Qomez görünüşünü dəyişdi - FOTO
Mədəniyyət
23.06.2025 15:26
Məşhur müğənni və aktrisa Selena Qomez imicində böyük dəyişiklik edib.
TodayPress TV xəbər verir ki, o, yeni görünüşünü “Instagram” səhifəsində izləyiciləri ilə bölüşüb.
32 yaşlı ulduz yeni fotosunda önə düşən kəsik kəkili və səliqəsiz saç düzümü ilə diqqət çəkib. Qomez ağ xalatda, tünd makiyajla — qəhvəyi göz qələmi, çəhrayı ənlik və narıncı dodaq boyası ilə kamera qarşısına keçib.
Qeyd edək ki, 2023-cü il dekabrın 12-də Selena Qomez musiqi prodüseri və bir vaxtlar keçmiş sevgilisi Castin Biberin dostu olan Benni Blanko ilə nişanlandığını açıqlayıb. O, sevgilisinin hədiyyə etdiyi nişan üzüyünün fotosunu paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.
Bu xəbərdən bir neçə ay sonra, aprel ayında Castin Biber “Instagram” hesabında məşhur “Üzüklərin hökmdarı” filmindən Gollum obrazının üzüyə heyranlıqla baxdığı görüntünü paylaşaraq “Qızlar nişanlandıqdan sonra sosial şəbəkələrdə” qeydi ilə paylaşım edib. Sosial media istifadəçiləri bu paylaşımı Qomezə bir eyham kimi qiymətləndiriblər.
Töhfə Səməd
tag: Müğənni,Müğənni ,Selena Qomez,Instagram,Todaypress.tv,
