Adil Kərimli Barselonada iranlı həmkarı ilə görüşdü

Mədəniyyət

30.09.2025 17:09

İspaniyanın Barselona şəhərində keçirilən UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində sentyabrın 29-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Abbas Saleh Şəriəti ilə görüşü olub. 

TodayPress TV xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, xüsusilə beynəlxalq mədəniyyət layihələrində iştirak, kino istehsalı sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

TodayPress TV

tag: Adil Kərimli,Barselona,Abbas Saleh Şəriəti,Görüş,todaypress.tv,

photo
photo